Albaniyada etirazçılar parlament binasına pirotexniki vasitələr atıblar - VİDEO

Albaniyada etirazçılar parlament binasına pirotexniki vasitələr atıblar - VİDEO backend

Albaniyada parlament binası qarşısında etirazçılar binanı mühasirəyə alan polis əməkdaşları ilə toqquşublar.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily News” məlumat yayıb. Bildirilib ki, etirazçılar parlamentə tərəf fişəng və pirotexniki vasitələr ataraq baş nazir Edi Ramanın istefasını tələb ediblər.

Bu, keçmiş baş nazir Sali Berişanın (Demokratik Partiya) hazırkı baş nazir Edi Ramanın (Sosialist Partiyası) istefası tələbi ilə etiraz dalğası elan etməsindən sonra ikinci etirazdır. Bundan əvvəl nümayişçilər şənbə günü parlament binasına tüstü bombaları və fişənglər atıblar.

Polis parlament binasını qorumaq üçün mindən çox zabit göndərib.

Qeyd edək ki, Sali Beriş baş nazir və hakim partiyanın lideri Edi Ramanı korrupsiyada, mütəşəkkil cinayətkarlıqla əlaqədə, vətəndaşların sosial bədbəxtliyində ittiham edir və siyasətçinin cinayət məsuliyyətinə cəlb edilməsinə çağırır.

QAZİLER.AZ

Diaspora