Polşada dərc olunan jurnalın təhlil yazısında Qərbin bütün iqtisadi sahələrdə rekord sayda zərbələr edirərək Rusiyaya hücum etdiyi, 11 min yeni sanksiya tətbiq etdiyi, lakin Rusiyanın bütün bunlara tab gətirdiyi qeyd edilib. Hətta vurğulanıb ki, ən güclü vuran deyil ən çox zərbəyə qarşı durandır.
Qaziler.az xəbər verir ki, “Mysl Polska” jurnalında yayımlanan yazıda Qərbin Rusiya iqtisadiyyatını izolyasiya etməkdə uğursuz olduğunu və bənzəri görülməmiş iqtisadi savaşda uduzduğunu yazıb. Bir sözlə, Rusiya gözləniləndən daha güclü çıxdı. Ancaq məqalənin yazarı Qərbin sakitləşməyəcəyinə, qarşıdurmanın qaçılmaz olduğuna inanır:
“Qərb bütün iqtisadi sahələrdə rekord sayda zərbə endirərək rusiyanın üzərinə yeridi. Müəyyən insanları, qurumları, biznesləri, iqtisadiyyatın bütün sektorlarını blokadaya aldı. İlk dəfədir ki, belə böyük iiqtisadiyyata hücum edərək 11 min yeni sanksiya tətbiq etdi. Bu, dünyanın digər ölkələrinə tətbiq ediləndən qat qat artıqdır. Belə bir qadağa bütün iqtisadiyyatı yer üzündən silib aparlamlı idi. Amma xeyr, Rusiya zərbədəyə dayana bildi”, deyə nəşr qeyd edib.
QAZİLER.AZ