Türkiyə və Suriyada baş verən dəhşətli faciənin fəsadları davam edərkən, səudiyyəli tədqiqatçı qorxunc iddia ilə çıxış edib.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Hava və İqlim üzrə tədqiqatçısı Xaled Saleh Al-Zaaq baş verməsi gözlənilən zəlzələ zamanı Afrikanın iki yerə bölünəcəyini və Efiopiyanın suyun altında qalacağını irəli sürüb:
“Milyon il bundan əvvəl Ərəbistan yarımadasında zəlzələlər olub, vülkanlar püskürüb. Bu təkanlar nəticəsində Ərəbistan yarımadasının şərqi Asiyadan, qərbi Afrikadan ayrılıb. Həmin boşluqlara sular girərək Fars körfəzini, qərbdə isə Qırmızı dənizi meydana gətirib”, - deyə Zaaq qeyd edib.
O, tarixdən bir misal gətirərək Efiopiyanın Danakil səhrasında “Erta Aleh” adlı aktiv vulkanın olduğunu və zəlzələlər nəricəsində suların Qırmızı dənizi qərbindən axıb Efiopiyaya ara küçələrdən daxil olacağını bildirib. O, canlı vulkanın yaratdığı zəlzələlər nəticəsində Qırmızı dənizdən axan suların Cəhənnəm çölü və ya Cin çölü olaraq tanınan Danakil çölünə getdiyini söyləyib. Al-Zaaq buranın dəniz səviyyəsindən daha aşağı olduğunu və suların aşağı düşəcəyi təqdirdə Afrikanın iki yerə bölünəcəyini irəli sürüb.
Səudiyyəli tədqiqatçı zəlzələnin vaxtı və yerini proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb.
QAZİLER.AZ