Səbəbi heç də sadə deyil
Rusiya prezidenti Vladimir Putin hələ 2021-ci ilin yazında istifadə etdiyi zirehli qatardan getdikcə daha çox istifadə edir.
QAZİLER.AZ "Ukrayna demokratiyası" saytına istinadla qeyd edir ki, bu barədə "Dossier Center"in araşdırmasında da geniş təhlil verilib. Sitat: "2021-ci ilin payızında, Rusiya ordusu Ukraynanın işğalına fəal hazırlaşmağa başlayanda Vladimir Putin zirehli qatara mindi. Müharibə başlayandan o, getdikcə daha tez-tez bu qatara - xüsusən də Valdaydakı sevimli iqamətgahına gedəndə də istifadə etməli oldu."
Məlumatda bildirilir ki, Putin təhlükəsizlik baxımından zirehli qatara üstünlük verməyə başlayıb. Təyyarələrdən fərqli olaraq qatarları izləmək daha çətindir, çünki real vaxt rejimində sərnişin qatarlarını izləmək üçün xidmətlər yoxdur.
QAZİLER.AZ