Sülh üçün daha bir şans...
Macarıstanın xarici işlər naziri Peter Szijarto Minskə səfərə gəlib. Qaziler.az “Avropa həqiqəti”nə istinadən bildirir ki, nazir özünün “Facebook” səhifəsində bu barədə yazıb. Onun sözlərinə görə, Macarıstan beynəlxalq ictimaiyyətin bütün üzvlərindən tezliklə sülhün bərqərar olması naminə hərəkət etmələrini və müharibənin davam etdirilməsinə və ya genişlənməsinə səbəb ola biləcək hər hansı addımdan qaçmalarını gözləyir. Szijarto deyib: "Bu, mənim bu gün Minskdə keçiriləcək danışıqlarda tutacağım sülhpərvər mövqedir".
Qeyd edək ki, səfərin xüsusilə Macarıstan hökuməti tərəfindən uzun müddətdir ən böyük müttəfiqlərindən biri kimi qəbul edilən Polşanın tənqidinə səbəb olma ehtimalı yüksəkdir.
QAZİLER.AZ