Ciddi dağıntı və tələfat yoxdur
Qərbi Gürcüstanın Ozurqeti bələdiyyəsində saat 12:07-də ard-arda iki zəlzələ qeydə alınıb.
Qaziler.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. Bildirlir ki, 4.4 bal gücündə ilk yeraltı təkanın episentri Ozurqetinin Qomi kəndi ərazisi, 3.6 bal gücündə ikinci zəlzələnin episentri isə Qomismta kurortu olub. Sosial media istifadəçiləri zəlzələnin Batumi və digər yaxın şəhərlərdə də hiss edildiyini yazırlar.