Altı rusiyalı hamilə qadına səfərin məqsədi ilə bağlı yalan məlumat vermək şübhəsi ilə Argentinaya giriş qadağan edilib.
Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu barədə ölkənin miqrasiya xidmətinin rəhbəri Florensiya Karinyano bildirib.
Onun sözlərin görə, hamiləliyin 33-cü həftəsində ölkəyə geri dönüş bileti olmadan gələndə o, səfərin məqsədinin turizm olduğuna inanmaq olduqca çətindir. Qurum rəsmisi qeyd edib ki, qızlar özləri də doğuş üçün ölkəyə uçduqlarını etiraf ediblər. İndi Argentina hava limanında Rusiyadan olan altı hamilə qadın qalır.
O, əlavə edib ki, fevralın 9-da Efiopiya Hava Yolları reysi ilə 32-34 həftəlik hamilə olan 33 rusiyalı qadın ölkəyə gəlib.
Bundan əvvəl “The Guardian” rusiyalı qadınların kütləvi şəkildə Argentinaya doğuş üçün getməyə başladığını yazıb. Rusiya səfirliyinin məlumatına görə, 2022-ci ildə Cənubi Amerika ölkəsinə 2500-dək rusiyalı gedib. Rusiya konsulu 2023-cü ildə onların sayının dörd dəfə arta biləcəyini qeyd edib.
QAZİLER.AZ