Alman şirkəti Rusiyaya silah üçün mikroçiplər satıb

Alman şirkəti Rusiyaya silah üçün mikroçiplər satıb backend

Almaniyanın “Smart Impex” şirkəti Qərbin sanksiyalarından yayınaraq Rusiya bazarına mikroçiplər təqdim etməkdə şübhəli bilinir.

Qaziler.az xəbər verir ki, bu barədə “Tagesschau” yazır.

Nəşrin məlumatına görə, Köln prokurorluğu Rusiyaya qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinən bir neçə şirkətin ofislərində reyd keçirib. Axtarışlar zamanı təxminən 15,5 milyon dollar dəyərində əməliyyatlara aydınlıq gətirə biləcək sənədlər və materiallar ələ keçirilib.

Jurnalistlərin əldə etdiyi məlumata görə, Almaniyanın “Smart Impex” şirkətinin səhmdarlarından biri həm də mikroçiplərin tədarükü üzrə sövdələşmənin son alıcısı olan Rusiya şirkətinin həmtəsisçisidir.

QAZİLER.AZ

Diaspora