Ukrayna prezidenti Volodimir Zelenski etiraf edib ki, Minsk razılaşmaları əvvəlcə qeyri-mümkün idi və Kiyev onları həyata keçirməyi planlaşdırmırdı.
Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, o bu barədə “Spiegel”ə müsahibəsində etiraf edib.
O əlavə edib ki, bunu daha əvvəl Almaniya kansleri Angela Merkelə və Fransa prezidenti Emmanuel Makrona bildirib:
Bütövlükdə “Minsk”ə gəlincə, mən Emmanuel Makron və Angela Merkelə dedim: biz bunu belə həll edə bilməyəcəyik”, - deyə Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, o, 2019-cu ildə Normandiya formatında onunla ilk və sonuncu görüşdə Rusiya prezidenti Vladimir Putinə də eyni sözləri deyib.
QAZİLER.AZ