“BioNTech” zəlzələ qurbanlarına 1 milyon avro bağışladı

“BioNTech” zəlzələ qurbanlarına 1 milyon avro bağışladı backend

Almaniyada yerləşən biotexnologiya şirkəti “BioNTech” Kahramanmaraşda baş verən və Suriya ilə birlikdə ümumilikdə 10 əyalətə təsir edən zəlzələlərdən sonra ianə etmək qərarına gəlib.

Qaziler.az xəbər verir ki, türkiyəli alimlər Özləm Türeci və Uğur Şahin qurucusu olduqları “BioNTech”in rəsmi saytında açıqlama verib.

“Düşüncələrimiz sevdiklərini itirən hərkəslədir. İlk müdaxilə edənlərə, insanlalrın həyatını xilas etmək üçün daim çalışanlara minnətdarıq. “Aktionsbündnis Katastrofenhilfe” təşkilatına 500 min avro və “UNO-Flüchtlingshilfe” qaçqınlara yardım təşkilatına 500 min avro ianə edərək Türkiyə və Suriyaya humanitar yardıma töhfə vermək istəyirik”, - açıqlamada qeyd edilib.

QAZİLER.AZ

Diaspora