Dünyaca məşhur müğənni Cennifer Lopez Türkiyədə baş verən zəlzələdə həyatını itirənlər üçün başsağlığı mesajı paylaşıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, mesajı 234 milyon izləyicisi olduğu instaqram hesabında yazıb.
Mesajında Lopez izləyicilərindən Türkiyə üçün UNİCEF-ə ianə bağışlamalarını istəyib:
“Türkiyə və Suriyadakı hər kəsə bütün sevgimi və gücümü göndərirəm. Bölgəni vuran 100 ilin ən böyük zəlzələsi...”, - ifadələrini işlədib.
QAZİLER.AZ
