Əlcəzair, Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkənlərlə həmrəylik göstərmək məqsədilə sosial media platformalarında başlayan dəstək qısa zamanda idmançıların, siyasətçilərin və xeyriyyəçilərin iştirakı ilə hərtərəfli yardım kampaniyalarına çevrildi.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Əlcəzair prezidenti Əbdülməcid Tebbun başda olmaqla bütün dövlət rəsmiləri prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək başsağlığı verib və dəstək mesajları verərək Türkiyə ilə həmrəy olduqlarını bildiriblər.
Türkiyəyə göndərilən 86 nəfərlik axtarış-xilasetmə qrupundan əlavə, Əlcəzair Qızıl Aypara Cəmiyyətinin tibbi heyəti və 95 ton yardım materialı Türkiyədəki zəlzələ bölgəsinə çatıb.
Əlcəzairdə vətəndaş təşəbbüsləri ilə yanaşı dövlət qurumları da Türkiyəyə dəstək üçün hərəkətə keçdi. Bu çərçivədə ölkənin aparıcı yardım təşkilatlarından olan "Əl-Bereket Humanitar Yardım Təşkilatı", "Əlcəzair Milli Sağlamlıq və Araşdırma İnkişafı Fondu (Forem)" və "Əlcəzair Humanitar Yardım Təşkilatı" Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına dəstək üçün yardım kampaniyalarına başlayıb.
Bundan əlavə, Əlcəzairdəki türk şirkətləri və vətəndaşları zəlzələdən zərər çəkənlərə maddi dəstək verməyə başlayıb.
QAZİLER.AZ