Tayvan prezidenti və köməkçisi maaşını Türkiyəyə bağışlayacaq

Tayvan prezidenti və köməkçisi maaşını  Türkiyəyə bağışlayacaq backend

Kahramanmaraşda yaşanan zəlzələdən sonra Tayvan prezidenti Tsai İnq-ven və müavini Uilyam Laini bir aylıq maaşlarını Türkiyədə zərərçəkənlərə yardım etmək üçün bağışlayacaqlarını açıqlayıblar.

Qaziler.az "ensonhaber.com"a istinadla xəbər verir ki, əvvəlcə Türkiyəyə xilasedici qrup göndərən Tayvandan indi də maddi dəstək gəlib.

Hətta Tayvan hökuməti Türkiyənin zəlzələdən dağılan bölgələrinin tez bir zamanda yenidən inşa edilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Qeyd edək ki, ötən il Tsi və Lai Ukraynada müharibədən zərərçəkənlərə də bir aylıq maaşlarını bağışlamışdılar. Tayvan prezidenti Tsainin aylıq maaşı isə təqribən 13 min 300 dollardır.

QAZİLER.AZ

Diaspora