Livanlı qadınlar bilərzik və sırğalarını satıb Türkiyəyə göndərdilər

Livanlı qadınlar bilərzik və sırğalarını satıb Türkiyəyə göndərdilər backend

Bəzi livanlı qadınların Türkiyədə zəlzələdən zərərçəkənlərə pul yardımı etmək üçün qızıl-zinət əşyalarını satdıqları məlum olub.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Qüdsdə “Fecr” radiosu Kahramanmaraşda zəlzələ qurbanları üçün “Mərhəmətli könüllər” adı altında maddi yardım kampaniyası başladıb.

İqtisadi böhranla mübarizə aparan livanlıların əksəriyyəti kampaniyada iştirak ediblər. Əhalisinin 80 faizinin yoxsulluqdan əziyyət çəkdiyi Livanda bəzi qadınların qızıl zinət əşyalarını sataraq Türkiyəyə dəstək verdikləri bildirilib. Hətta, bunu edən qadınların adlarının açıqlanmasını istəmədikləri qeyd edilib.

QAZİLER.AZ

Diaspora