Ölkə böyük hərbi parada hazırlaşır.
Şimali Koreya lideri Kim Çen In yeni silahların nümayiş olunacağı ehtimal edilən böyük hərbi paradın gözləntiləri fonunda ordu ilə görüşərkən ölkə ordusunu gücləndirməyə çağırıb.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
KXDR-in dövlət mediasının məlumatına görə, Kim həyat yoldaşı və qızı ilə birlikdə Koreya Xalq Ordusunun yaradılmasının 75-ci ildönümü münasibətilə verilən ziyafətdə iştirak edib.
Orada o, çıxışı zamanı deyib: “Silahlı qüvvələrimizi gücləndirmək və inkişaf etdirmək üçün hamımız səylərimizi ikiqat artırmalı və sosialist vətənimizin uğurlu inkişafı üçün daha çox işlər görməliyik”.
QAZİLER.AZ
