Misirdə öldürülmüş turistlərin qadağan olmuş zonada olduqları deyilir. ANS PRESS-in məlumatına görə, turistlərin idarə etdikləri avtomobillər qadağan olunmuş yerdə hərəkət ediblər. Onların nə qeydiyyatı, nə də lazımlı lisenziyası olmayıb.
Turizminin nazirliyinin rəsmi nümayəndəsi Raşa al-Azayzinin sözlərinə əsasən, həmin ərzailər bağlı zona sayılır. Qabaqcadan da heç kim polisləri oraya kiminsə gəlməsi ilə bağlı xəbərdar etməyib.Hadisə ilə bağlı artıq araşdırma aparılır. Nazir səfəri təşkil edəni günahlandıraraq, ona maksimum cəzanın veriləcəyini deyib. O, həmçinin, həlak olanların ailələrinə başsağlığı da verib.
İnsidentlə Meksika prezidenti Enrike Pena Neto da yaxından maraqlanır. O da hərtərəfli araşdırma və haqqı tələb edir.