Sunak qələbəyə qədər Ukraynanı dəstəkləyəcəklərinə söz verdi

Sunak qələbəyə qədər Ukraynanı dəstəkləyəcəklərinə söz verdi backend

Rusiya prezidenti Vladimir Putinin “təcavüz”ünün məğlubiyyətinə qədər Britaniya Ukraynanı dəstəkləyəcək.

Qaziler.az BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukrayna lideri Vladimir Zelenskinun Londona səfəri zamanı deyib.

Sunak Britaniyanın Ukraynanı sonadək dəstəkləyəcəyinə söz verib. O, həmçinin Londonun Ukraynanın NATO-dakı aparıcı Avropa müttəfiqi olması ilə razılaşıb.

“The Telegraph” yazır ki, Sunak həmçinin qeyd edib ki, Britaniya Ukraynanın bu il müharibədə qələbəsini təmin etmək üçün Ukraynaya dəstəyini artıracaq.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 8-də Böyük Britaniyaya səfər edib. Səfər zamanı o, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Kral III Çarlzla görüşəcək, həmçinin tərəfdaş ölkənin parlamentində çıxış edəcək.

QAZİLER.AZ

Diaspora