Meşə yanğınları zamanı 400 ev külə döndü

Meşə yanğınları zamanı 400 ev külə döndü backend

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir. ANS PRESS-in məlumatına görə, Kaliforniyada iki gündür davam edən yanğın nəticəsində 400 ev məhv olunub. Bundan başqa, daha iki çoxmərtəbəli bina və 10 müəssənin dağıldığı da deyilir. Hadisə nəticəsində bir yanğınsöndürən həlak olub, onun dörd həmkarı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yanğın yaşayış məntəqələrinə çatdığına görə, Kaliforniya ştatının qubernatoru Cerri Braun ölkədə fövqəladə vəziyyət elan edilib.

San Fransisko şəhərinin şimalında və şərqində fərqli bölgələrdə davam edən yanğınlar zamanı 1300 adamın yaşadığı Midltoun qəsəbəsi tamamilə boşaldılıb.

Hal-hazırda təbii fəlakətlə mübarizəyə yüzlərlə yanğınsöndürən, təyyarə və helikopterlər cəlb olunub.

Hakimiyyət orqanları evləri yanğına yaxın olan ərazilərdə yaşayan sakinlər köçürülməsi barədə də sərəncam verib.

Məlumata görə, meşə yanğınında Leyk dairəsində 100 ev, Sakramento şəhərindən cənub-şərqdə 81 ev və 51 müəssisə dağılıb.

Ən güclü yanğın ocağı Syerra-Nevada dağlarının ətəyində yerləşən Kinqs-Kanyon milli parkında müşahidə olunur. Burada alov 52 min hektara yaxın ərazini yararsız hala salıb. Yanğınla əlaqədar 5 mindən çox ailə işıqsız qalıb.

Yanğından mühafizə xidməti bütün personalı ilə xilasetmə-yanğınsöndürmə əməliyyatlarına cəlb olunub, məzuniyyətdə olan əməkdaşların belə geri çağırıldığı bildirilir.
Diaspora