Şimali Koreya lideri Kim Çen In, episentri Kahramanmaraş olan iki güclü zəlzələ ilə bağlı Suriyaya başsağlığı mesajı göndərərkən Türkiyənin adını çəkməyib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Şimali Koreya lideri Kim Çen In Türkiyənin 10 əyalətində və Suriyanın şimalında böyük dağıntılara səbəb olan zəlzələlərlə bağlı Dəməşqə başsağlığı mesajı göndərib. Suriya lideri Bəşər Əsədə başsağlığı verən Kim Çen Inın Türkiyənin adını çəkməməsi diqqət çəkib.
Qeyd edək ki, Suriyada Əsəd hökuməti və müxalifətin nəzarətində olan bölgələrdə ölənlərin sayı 2500-ü keçib, yaralıların ümumi sayı isə 5000-ə yaxınlaşıb.
QAZİLER.AZ