65 ölkənin xilasediciləri zəlzələ bölgələrinə gedir

65 ölkənin xilasediciləri zəlzələ bölgələrinə gedir backend

Ümumdünya Sağlamlıq Təşkilatının Avropa üzrə direktoru Hans Kluqe 65 ölkədən 2660 şəxsi heyətin zəlzələ fəlakətindən zərər çəkmiş bölgələrə gedəcəyini bildirib.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün Ümumdünya Sağlamlıq Təşkilatına Türkiyə və Suriyada yaşanan zəlzələ ilə bağlı məlumatlandırıcı təqdimat göndərilib.

İclasda çıxış edən ÜSTün Baş direktoru Tedros Adhonom hər dəqiqənin, hər saatın sağ qalanları tapmaq üçün vacib olduğunu vurğulayıb.

QAZİLER.AZ

Diaspora