Türkiyə Ərəbistan yarımadasına doğru 3 metr irəliləyib - İtaliyalı seysmoloq

Türkiyə Ərəbistan yarımadasına doğru 3 metr irəliləyib - İtaliyalı seysmoloq backend

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun rəhbəri, professor Karlo Doglioni Kahramanmaraşda baş verən zəlzələlərdən sonra ortaya çıxan mənzərəni dəyərləndirib.

Qaziler.az xəbər verir ki, İtaliyanın "Corriere della Sera" qəzetinə danışan Doglioni yeraltı təkanların böyüklüyünə diqqət çəkib. Zəlzələdən sonra qırılma xəttində baş verən dəyişikliklərə işarə edən Doglioni Ərəb plitəsi ilə bağlı araşdırmalarını bölüşüb:

“Ərəb plitəsi dediyimiz şey Anadolu plitəsinə nisbətən şimal-şərq, cənub-qərb istiqamətində təxminən 3 metr irəliləmişdir. Bu, böyük bir zəlzələdir. İki qanad bir-birinə görə hərəkət etdi. Başqa sözlə, Türkiyə ərəb plitəsinə nisbətən cənub-qərbə doğru irəliləmiş görünür. Söhbət Aralıq dənizinin ən təhlükəli zonalarından biri olan çox seysmik zonadan gedir”, - deyə hər şeyin bir neçə 10 saniyə ərzində baş verdiyini ifadə edib.

QAZİLER.AZ

Diaspora