Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb backend

2015-ci il sentyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayında əlavə olaraq 13 852 sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-nın ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,06 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 126 905 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,16 faizi (1 849 083 nəfər) kişi, 40,84 faizi (1 277 022 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,94 faizini (779 763 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,39 faizini (668 789 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,62 faizini (644 645 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15 faizini (661 519 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,9 faizini (372 189 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Diaspora