Rusiyada Leninin cəsədini oğurlamaq istədilər

Rusiyada Leninin cəsədini oğurlamaq istədilər backend

Moskva sakini Leninin cəsədini Qızıl Meydandakı Mavzoleydən oğurlamağa cəhd edib.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, hadisə fevralın 6-na keçən gecə baş verib. Şübhəli şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkib və saxlanılıb. 

Nəşrin məlumatına görə, həmin şəxs gecə yarısına yaxın Mavzoleyin yaxınlığında gəzişib. Birdən qapıya yaxınlaşaraq onu açmağa çalışıb. Bu zaman o, dərhal polis tərəfindən saxlanılıb. Eyni zamanda, Leninin uğursuz ziyarətçisi özünü qəribə aparıb və onun cəsədini oğurlamaq istədiyini bildirib.

Polis bölməsində saxlanılan şəxs cəsədi oğurlamaq istədiyini boynuna alıb. Çağrıya gələn təcili tibbi yardım briqadası isə saxlanılan şəxsdə psixi pozğunluq olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora