Finlandiya İsveç olmadan da NATO-ya üzv olacaq

Finlandiya İsveç olmadan da NATO-ya üzv olacaq backend

"Finlandiya hətta İsveç olmadan da NATO-ya üzv olacaq".

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu barədə "İltalehti" qəzeti yazıb.

Xəbərədə qeyd edilib ki, Türkiyə və ya Macarıstan alyansa daxil olmaq üçün ərizəsini ratifikasiya etsə, Finlandiya İsveçsiz NATO-ya üzv olmağa hazırdır. Jurnalist mənbələri iddia edir ki, Finlandiya tərəfi Miladdan əvvəl Ankara ilə razılığa gəlməli idi.

“Biz faktlarla üzləşməliyik. Rusiyanın sərhəd qonşusuyuq. İsveçdə geosiyasi vəziyyət bizimkindən tamamilə fərqlidir. Türkiyənin Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı heç bir problemi yoxdur”, - qəzetin mənbəsi izah edib.

QAZİLER.AZ

Diaspora