Çeçenistan lideri Ramzan Kadırov Ukraynadakı xüsusi əməliyyatın uğurla başa çatacağı təqdirdə Rusiya Polşanın “denazifikasiyası” və “demilitarizasiyası”na keçərsə, nə baş verəcəyi ilə sualı cavablandırıb.
Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, Kadırov fikirlərini şəxsi “Telegram” kanalında dərc edib.
"Ukraynaya dəstək çərçivəsində Varşava öz hərbi resurslarını tükətməyə müvəffəq oldu və indi çaşqınlıq içindədir. Əgər Ukraynadakı hərbi əməliyyatlar uğurla başa çatdıqdan sonra Rusiya növbəti ölkəni denazifikasiya və demilitarizasiya etməyə başlasa..? Şəxsən mən belə bir niyyətimin olduğunu gizlətməyəcəm. Beləliklə, polyaklar bunu vaxtında anladılar”, - Kadırov yazıb.
QAZİLER.AZ