Türkiyədə təbii fəlakətlə əlaqədar olaraq orta məktəblərdə təhsilə ara verilib.
Bu barədə Təhsil Naziri Mahmut Özer məlumat verib.
Onun sözlərinə görə, Türkiyədə bütün məktəblərdə fevralın 13-nə qədər tətil elan edilib.
Qeyd edək ki, zəlzələdən əvvəl Qaziantep, Adıyaman, Malatya və Kahramanmaraşda qar yağması və əlverişsiz hava şəraiti səbəbindən təhsil dayandırılmışdı. Zəlzələdən sonra sözügedən vilayətlərdə məktəblər bir həftəlik bağlanıb.
Mənbə: Haber Global