Konqoda BMT helikopteri atəşə tutuldu

Konqoda BMT helikopteri atəşə tutuldu backend

Bir sülhməramlı ölüb

Bu gün naməlum silahlı şəxslər Konqo Demokratik Respublikasının DCR) şərqində Birləşmiş Millətlər Təşkilatının Konqo Sabitləşdirmə Missiyasının (MONUSCO) helikopterini atəşə tutub, bir sülhməramlı ölüb.

QAZİLER.AZ-ın APA-ya istinadən verdiyi məlumata görə, helikopter yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 17:00) Konqonun Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinə uçarkən vurulub.

Ölən sülhməramlı Cənubi Afrika vətəndaşı olub. Daha bir nəfər xəsarət alıb, onun vəziyyəti məlum deyil.

BMT missiyasının helikopterini dəqiq kimin vurduğu məlum deyil.

 

 

Diaspora