Notr-Dam kilsəsi gələn il yenidən açılacaq

Notr-Dam kilsəsi gələn il yenidən açılacaq backend

Böyük miqyaslı yanğın nəticəsində zədələnmiş Notr-Dam kilsəsinin 2024-cü ildə açılması planlaşdırılır, lakin bu, Parisdəki Olimpiya Oyunlarından əvvəl baş tutmayacaq.

Qaziler.az bildirir ki, bu barədə "France24" xəbər verir.

Ekspertlərin fikrincə, bütün yenidənqurma işləri 2024-cü ilin dekabrından tez başa çata bilməz. Qeyd edək ki, Notr Damın özü dekabrın 8-də açılacaq. Buradan belə nəticə çıxır ki, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının qonaqları ora baş çəkə bilməyəcəklər.

Xatırladaq ki, Parisdəki Notr-Dam kilsəsində irimiqyaslı yanğın 2019-cu ilin aprelində baş vermişdi. Səbəb olaraq böyük ehtimalla elektrik şəbəkəsində yaranan problem bildirilmişdi. Yanğın 14 saat ərzində söndürülmüş, beləliklə tarixi binaya ciddi ziyan dəymişdi.

Fransa prezidenti Emmanuel Makron kilsənin 5 ildən sonra bərpa olunacağını bildirmişdi.

QAZİLER.AZ

 

Diaspora