Müharibəni dayandırmaq müqabilində Rusiyaya Ukrayna ərazilərinin 20%-i təklif edilib?

Müharibəni dayandırmaq müqabilində Rusiyaya Ukrayna ərazilərinin 20%-i təklif edilib? backend

İsveçrənin “Neue Zurcher Zeitung” qəzeti öz mənbələrinə istinadən iddia edir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns yanvar ayında Kiyev və Moskvaya səfər edərək, döyüşən tərəfləri münaqişənin həllinə dəvət edib.

Börns Ukraynaya sülh müqabilində ərazinin 20%-ni (görünür, söhbət Donbasdan gedir) verməyi, Rusiyaya isə müharibəni dayandırıb Ukrayna ərazisinin 20%-ni almağı təklif edib. Hər iki tərəfin bundan  imtina etdiyi bildirilir: Ukrayna ərazilərini itirmək istəmir; Rusiya uzunmüddətli perspektivlə müharibədə qalib gələ biləcəyinə inanır.

“Neue Zurcher Zeitung” mənbələrinin məlumatına görə, Kiyev və Moskvada Börns missiyasının “uğursuzluğundan” sonra Bayden Ukraynaya “Abrams” tanklarının tədarükünə razılıq vermək qərarına gəlib, daha sonra Almaniya “Leopard” tanklarının tədarükünə razılaşıb.

Newsweek isə öz növbəsində yazır ki, Börnsin Rusiyaya səfəri və onun Rusiya tərəfinə bəzi təklifləri barədə məlumat yalandır.

QAZİLER.AZ

Diaspora