İtaliyanın baş naziri fevralın 24-dək Ukraynaya səfər edəcək

İtaliyanın baş naziri fevralın 24-dək Ukraynaya səfər edəcək backend

İtaliyanın baş naziri Corcia Meloni Rusiyanın genişmiqyaslı işğalının birinci ildönümündən əvvəl Kiyevə səfər edəcək.

Qaziler.az bildirir ki, ANSA agentliyinini məlumatına görə, bu barədə Meloni cümə günü Almaniyaya səfəri zamanı bildirib.

"Mən fevralın 24-nə qədər (müharibənin başlanmasının birinci ildönümünə) Kiyevdə olacam", - Meloni bildirib.

Bundan əvvəl Meloni özü Kiyevə səfər etmək niyyətini təsdiqləyib və prezident Vladimir Zelenskini Romaya səfərə dəvət edib.

QAZİLER.AZ

Diaspora