Blinkenin Çinə səfəri hava şarına görə ləğv edildi

Blinkenin Çinə səfəri hava şarına görə ləğv edildi backend

ABŞ-ın prezident administrasiyası dövlət katibi Entoni Blinkenin Pekinə səfərini onun hava məkanında Montana ştatının nüvə obyektləri üzərində yüksəkdə uçan Çin müşahidə şarını aşkar etdikdən sonra təxirə salmaq qərarına gəlib.

Qaziler.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Blinken gələn həftənin əvvəlində Pekində görüşlər keçirməyi planlaşdırırdı. Bu, ABŞ diplomatının son beş ildə ilk belə səfəri olacaq. Lakin Pentaqonun vurmamaq qərarına gəldiyi şarın peyda olmasından sonra ABŞ rəsmiləri bunun yanlış siqnal olacağına qərar veriblər.

Ağ Ev və ABŞ Dövlət Departamentinin nümayəndələri agentliyin şərh tələblərinə cavab verməyiblər.

Çinin insidentin həlli üçün barışdırıcı addımlar atdığı qeyd edilir. Xüsusilə, Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi mülki dirijablın nəzarətindən kənar qüvvələrin təsiri nəticəsində ABŞ hava məkanına daxil olmasından təəssüfləndiyini bəyan edib. Xarici İşlər Nazirliyi hava şarının iqlim araşdırması apardığını iddia edir.

QAZİLER.AZ

Diaspora