ABŞ Türkiyədən Rusiyaya mal ixracını məhdudlaşdırmağı tələb etdi

ABŞ Türkiyədən Rusiyaya mal ixracını məhdudlaşdırmağı tələb etdi backend

ABŞ hakimiyyəti Türkiyədən Ukraynada münaqişənin davam etməsinə kömək edən bir sıra malların Rusiyaya ixracını məhdudlaşdırmağı tələb edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg”də məlumat dərc edilib.

Məlumata görə, Amerika hakimiyyətinin Ankaraya müraciətini ABŞ maliyyə nazirinin müavini Brayan Nelson çatdırıb. O, bir il ərzində ABŞ sanksiyalarına əməl etməyə məcbur edən və Türkiyənin paytaxtına gələn üçüncü yüksək vəzifəli məmurdur.

"ABŞ rəsmiləri Türkiyəyə Rusiyaya mal axınını dayandırmağı tələb ediblər. Onlar türkiyəli həmkarlarına xəbərdarlıq ediblər ki, on milyonlarla dollar dəyərində ixraca nəzarət edilən mallar Rusiyaya daxil olur və onun müdafiə sənayesi münaqişəni genişləndirmək üçün istifadə edə bilər", - xəbərdə qeyd edilib. 

QAZİLER.AZ

Diaspora