Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləmək qərarına yaxındır. Bu, Türkiyə parlamenti martın ortalarında tətilə çıxmazdan əvvəl edilə bilər.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Bloomberg-ə istinadən xəbər verir.
"Prezident Rəcəb Tayyib Ərdoğan belə qənaətdədir ki, Finlandiyanın təhlükəsizlik problemlərinin həlli istiqamətində atdığı addımlar qanunvericilərin ölkənin NATO üzvlüyünü ratifikasiya etmək üçün kifayət edib", - hesabatda deyilir.
Bloomberg qeyd edir ki, ratifikasiya may ayında keçirilməsi planlaşdırılan seçkilərdən əvvəl, Türkiyə parlamenti martın ortalarında tətilə çıxmazdan əvvəl edilə bilər.
QAZİLER.AZ