16 ildir axtarılan mafiya üzvü pizzaçı çıxdı

16 ildir axtarılan mafiya üzvü pizzaçı çıxdı backend

İnterpol 16 ildir axtarışda olan italyan mafiya təşkilatı “Ndrangheta”nın üzvü olan Edqardo Qrekonu saxladıqlarını açıqlayıb.

Qaziler.az xəbər verir ki, İnterpol çox təhlükəli olaraq xarakterizə edilən Grekonun bir restoranda pizzaçı kimi işlədiyini açıqlayıb.

İnterpol 30 ildir axtarışda olan və ötən həftə sağlamlıq klinikasında saxlanılan məşhur mafiya başçısı Matteo Messina Denarodan sonra, dünən 16 ildir qaçan mafiya tipli cinayət təşkilatı “Ndrangheta”nın  üzvü olan Edqardo Qrekonun Fransada ələ keçirildiyini açıqlayıb.

Grekonun çox təhlükəli bir qaçaq olduğu, 1990-cı illərdə iki nəfərin qətlində və bir adamı öldürməyə cəhdə görə ömürlük həbs cəzasına məhkum edildiyi vurğulanıb. Qrekonun Fransanın Saint Etienne şəhərindəki restoranlardan birində pizza aşpazı kimi çalışdığı bildirilib.

QAZİLER.AZ

Diaspora