Bill Qeyts İlon Maska qarşı çıxdı: "Marsa getməkdənsə, pulumu..."

Bill Qeyts İlon Maska qarşı çıxdı:  "Marsa getməkdənsə, pulumu..." backend

Texnologiya milyarderi Bill Qeyts Qırmızı Planetə getməyin baha başa gəldiyini deyib.

Qaziler.az BBC-yə istinadla xəbər verir ki, Qeyts Marsa səyahət etməkdənsə, peyvəndlərə investisiya qoymağa üstünlük verdiyini söyləyib.

“Microsoft”un qurucularından olan Bill Qeyts təxminən 55 milyon kilometr uzaqlıqda yerləşən Marsı müstəmləkə etmək istəyən Maska qarşı çıxıb. Qeyts BBC-yə müsahibəsində deyib ki, o, pulu Marsdansa, peyvəndlərə xərcləyər:

“Mask düşünür ki, Marsa səyahət üçün 100.000 dollarlıq qiymət əksər insanlar üçün əlverişli olmalıdır. Marsa getmək olduqca bahalıdır. 1000 dollara qızılca peyvəndi alıb insanların həyatını xilas edə bilərsiniz. Bu vəziyyət sizə bir növ Marsa getməməyinizi və ayaqlarınızın yerə basmalı olduğunu söyləyir”, - Qeyts deyib.

Amerikalı milyarder Qeyts əvvəlki açıqlamalarında növbəti pandemiyanın koronavirusdan daha pis olacağını və bunun insan əliylə yaradılan virusdan meydana gələcəyini bildirib.

Qeyd edək ki, “SpaceX”in sahibi İlon Mask 2050-ci ilə qədər Marsa 1 milyon insan göndərməyi hədəfləyir.

QAZİLER.AZ

Diaspora