"Silah baronu" həbs olundu

"Silah baronu" həbs olundu backend

David Qalstyan yenidən gündəmdə...

Silah baronu, daha çox "Kartric Davo" kimi tanınan, silah biznesi ilə məşğul olan iş adamı David Qalstyan həbs edilib. Mətduatda verilən məlumatı Ali Məhkəmə Şurasının mətbuat katibi Lilit Şaboyan təsdiqləyib.

İş adamının Milli Təhlükəsizlik Xidmətinə gətirildiyi bildirilir. Bəs görəsən, həbsdən yeni çıxmış baronu hansı səhv addımı yenidən həbsə göndərir? Hələlik, onu müstəntiqlərin diqqət mərkəzində saxlayan səbəb məlum deyil.

Xatırladaq ki, Qalstyan son 2-3 il ərzində dəfələrlə həbs edilib, bir müddət sonra azadlığa buraxılıb. Hazırda o və keçmiş müdafiə naziri David Tonoyan silah-sursat təchizatında sui-istifadədə ittiham olunurlar. Onların hər ikisi 2021-ci ilin sentyabrında həbs edilib, lakin Qalstyan 2022-ci ilin martında zaminə buraxılıb. O, özünə qarşı irəli sürülən ittihamlarla özünü günahkar bilmir,  onların uydurma olduğunu deyir. İş adamı NPO Neutron da daxil olmaqla, silah ticarəti üzrə ixtisaslaşmış bir neçə şirkətə sahib idi.

QAZİLER.AZ

Diaspora