Putin qubernatorun hesabatına inanmadı - VİDEO

Putin qubernatorun hesabatına inanmadı - VİDEO backend

Rusiya prezidenti Vladimir Putin Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovla görüşüb.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Volqoqrad vilayəti hökumətinin regionda milli layihələr üzrə planın 99,94% yerinə yetirildiyi haqda verdiyi hesabatından təəccüblənib.

Bu məlumatı qubernator Andrey Boçarov dövlət başçısı ilə görüşü zamanı bölüşüb.

“99,94% icra olunub? Dəqiq belədir? Belə olur?” Putin rayon rəhbərindən soruşub.

Boçarov əmin edib ki, bu, regional hökumətin rəsmi məlumatlarıdır.

QAZİLER.AZ

Diaspora