Britaniya qırıcıların təlimini ukraynalılara 35 aya keçəcək

Britaniya qırıcıların təlimini ukraynalılara  35 aya keçəcək backend

Britaniya hökuməti Ukraynaya verilən təyyarələrin pilotlar tərəfindən öyrənilməsi və təlimlərin keçirilməsi üçün uzun müddət vaxtın tələb edilməsiylə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qaziler.az “Sky News”a istinadla xəbər verir ki, bu barədə “Downing Street”in şərhlərində deyilir.

Məlumatda qeyd edilir ki, hətta ən sürətli təlim proqramı təxminən 35 ay davam edir.

"Biz ukraynalıları dinləməyə və uzunmüddətli perspektivdə nəyin doğru olduğunu düşünməyə davam edəcəyik. Lakin vəziyyəti başa düşmək üçün bilmək fayda var ki, ən sürətli yeni pilot hazırlığı proqramı təqribən 35 aydır. Hazırda Böyük Britaniyada sürətli reaktiv təyyarə pilotu hazırlığı proqramı beş ildir” – Britaniya hökumətinin nümayəndəsi bildirib.

QAZİLER.AZ

Diaspora