Almaniya kansleri Olaf Scholz “BioNTech” və Böyük Britaniya hökumətinin xərçəng üçün mRNA əsaslı peyvəndlə bağlı ortaqlığını elan etməsindən sonra bu gün "BioNTech"i ziyarət edib.
Qaziler.az CNN Türk-ə istinadla xəbər verir ki, “BioNTech” Marburqdakı zavodunda 40 milyon avroluq şirkətin ilk xüsusi plazmoid DNT istehsalı müəssisəsinin tikintisinin başa çatdığını da elan edib.
“Tibbi biotexnologiya 21-ci əsrin əsas texnologiyasıdır. Pandemiya sübut etdi ki, Almaniya innovasiya və əczaçılıq istehsalı məkanıdır. Almaniya və Avropa yerli dəyər zəncirləri yaratmaqla daha çevik olublar. “BioNTech”in investisiyası çox yaxşı xəbərdir”, - deyə Almaniya kansleri deyib.
QAZİLER.AZ
