Çindən Qurana edilən hücumlarla bağlı reaksiya: "İkiüzlülükdür..."

Çindən Qurana edilən hücumlarla bağlı reaksiya: "İkiüzlülükdür..." backend

Çin Xarici İşlər Nazirliyi Qurani-Kərimin yandırılması ilə bağlı bəyanat yayımlayıb.

Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, açıqlamanı Çinin XİN sözcüsü Mao Ninq verib.

O, ifrat sağçı siyasətçi Rasmus Paludanın İsveçdə Qurani-Kərimi yandırması və buna bənzər hərəkətlərini bəzi Qərb siyasətçilərinin inanc azadlığı ilə bağlı ikiüzlülüyünün göstəricisi olduğunu bildirib.

Pekində mətbuat konfransında danışan sözçüsü Mao, "Dini inanc azadlığına hörmət beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qəbul edilir. Müsəlmanların inancına və dini hisslərinə hörmət edilməlidir" deyə qeyd edib.

Mao Çinin sivilizasiyalararası dialoqun tərəfdarı olduğunu və müsəlmanların və digər dini qrupların inanc azadlığını qorumaq üçün İslam ölkələri ilə işləməyə davam edəcəyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora