“Apple” işçilərinin hüquqlarını pozmaqda ittiham olunur

“Apple” işçilərinin hüquqlarını pozmaqda ittiham olunur backend

“Apple”ın CEO-su Tim Kuk daxil olmaqla rəhbər şəxslərin də işçilərin hüquqlarını pozduqları bildirilir.

Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Milli Əmək Şurası (NLRB) “Apple”ın işçilərinin işlə bağlı problemlərini həll etmək hüququna müdaxilə etdiyini bildirib.

Federal agentlik“Apple”in keçmiş iki işçisi Ashley Gjovik və Cher Scarlett tərəfindən qaldırılan iddialar nəticəsində durumu dəyərlədirib.

Qjovik “Apple” işçilərinin zorla susdurulduğunu söyləyib. Scarlett isə “Apple”ın məxfilik mədəniyyətinin işçilərin təşkilatlanmağa imkan vermədiyini bildirib.

Özəl sektor işçilərinin hüquqlarını qoruyan federal agentlik NLRB keçmiş işçilərin şikayətlərini təmin edib.

Qeyd edək ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” son illər şirkətdən məlumat sızdıran işçilərlə gərgin anlar yaşayır. Şirkət daxilində keçirilən görüşlərin və hələ təqdim olunmayan yeni məhsullar haqqında məlumatların sızdırılması “Apple” kifayət qədər narahat edib.

QAZİLER.AZ

Diaspora