Kanada Çindən olan 10 min uyğur qaçqını qəbul etməyə hazırlaşır

Kanada Çindən olan 10 min uyğur qaçqını qəbul etməyə hazırlaşır backend

Kanada Parlamenti yekdilliklə Çindən qaçan 10 min uyğur qaçqının ölkəyə qəbulu barədə qərar qəbul edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Reuters-ə istinadən xəbər verir.

Bu addım Kanada qanunvericilərinin 2021-ci ilin fevralında qəbul etdikləri Pekinin uyğurlara və digər türk müsəlmanlarına münasibətini soyqırım elan etmək qərarına əsaslanır.

İnsan haqları qrupları hesab edir ki, ən azı bir milyon uyğur və əsasən müsəlman olan digər azlıqlar bölgədəki həbs düşərgələrinə salınıb.

QAZİLER.AZ

 

Diaspora