Mühaciləri daşıyan daha təknə batdı: 28 ÖLÜ

Mühaciləri daşıyan daha təknə batdı: 28 ÖLÜ backend

Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin olduğu balıqçı təknəsi batıb, biri uşaq olmaqla 28 nəfər ölüb. APA-nın Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, mühacirlər Türkiyənin Aydın bölgəsindən Yunanıstanın Leros adasına keçmək istəyirmişlər. Təknədə olanlardan 28 nəfəri üzərək sahilə çıxıb, 62 nəfərini isə Yunanıstanın sahil təhlükəsizlik xidmətinin əməkdaşları xilas edib. Xilas olanlar Leros adasına aparılıblar.

Türkiyənin Çanaqqala bölgəsində isə 57 nəfər mühaciri təhlükəsizlik qüvvələri xilas edib. İçərisində 42 nəfər Suriya, 13 nəfər Əfqanıstan, 2 nəfər isə Eritreya vətəndaşı olan mühacir dəstəsi Yunanıstanın Midilli adasına getmək üçün rezin botla Ege dənizinə çıxıb. Dənizdə botun motoru xarab olub. Batmaqda olan mühacirləri sahil təhlükəsizlik qüvvələri xilas edib.

Mühacirlərin sənədləri qaydaya salındıqdan sonbra deportasiya ediləcəklər.
Diaspora