Ukraynada kütləvi axtarışlara, həbslərə start verilib...

Ukraynada kütləvi axtarışlara, həbslərə start verilib... backend

Zelenski bu qərarında olduqca sərtdir

Artıq bir neçə gündür Ukraynada hazırda Müdafiə Nazirliyi və Ukrayna Gömrüyündəki korrupsiya qalmaqalları ilə bağlı dövlətin siyasi sistemində bir sıra dəyişikliklər aparılır.

QAZİLER.AZ Gürcüstan mətbuatına istinadən bildirir ki, paralel olaraq bir sıra istintaq hərəkətləri elan edilib. “Xalqın qulluqçusu” parlament fraksiyasının rəhbəri David Araxamia Ukrayna Müdafiə Nazirliyindəki ciddi korrupsiyanın anonsunu verib. Eləcə də Ukrayna gömrüyünün bütün rəhbərliyinin istefaya göndərildiyini bildirib.

Axtarış və həbslərin siyahısına bir sıra gizli istintaq hərəkətləri; Avakovun evində aparılan axtarışları, Gömrük rəhbərliyinin bütünlüklə istefaya göndərilməsi və s. aiddir. Zelenski hesab edir ki, müharibə gedən bir vaxtda bu olduqca zəruridir.

QAZİLER.AZ

 

Diaspora