Yamaykalı qadın polis məmurunun başına daşla vurub və quşu günahlandırıb
Yamaykada polisə hücum edən, başını daşla əzən, sonra isə hər şeydə quşun günahkar olduğunu bildirən yerli sakin mühakimə olunur.
Qaziler.az bildirir ki, bu barədə “Jamaica Star” məlumat yayıb.
Təqsirləndirilən Şina Makkrey adlı qadın asayiş keşikçisinin arxasına keçərək onun başına daşla vurub və nəticədə polis əməkdaşı ağır xəsarət alıb. Məhkəmə iclası zamanı o, hadisədə quşu günahlandırıb.
Qadın bildirib ki, “quş qanadından istifadə edərək müfəttişin başına daş atıb". Bundan əlavə, Makkrey iddia edir ki, hadisənin belə olduğunu təsdiq edə biləcək üç şahidi var.
Məhkəmə təqsirləndirilən şəxsin psixiatrik ekspertizaya göndərilməsinə qərar verib.
QAZİLER.AZ