Pakistanda məsciddəki partlayışdan sonra 23 nəfər saxlanıb

Pakistanda məsciddəki partlayışdan sonra 23 nəfər saxlanıb backend

Pakistan hakimiyyəti məsciddə baş verən partlayışdan sonra polislər də daxil olmaqla 23 nəfəri həbs edib.

Pakistan hakimiyyəti Pişəvər şəhərində məsciddə baş verən partlayışda şübhəli bilinən, polis əməkdaşları da daxil olmaqla 23 nəfəri saxlayıb.

Qaziler.az bildirir ki, bu barədə “Frans Press” (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, həbs edilənlər arasında həm Pişəvər sakinləri, həm də Əfqanıstanla sərhəd zonalardan olanlar var. Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları da saxlanılıb.

QAZİLER.AZ

 

Diaspora