Zelenski Avstriya prezidentindən silahla yanaşı bunları da istədi

Zelenski Avstriya prezidentindən silahla yanaşı bunları da istədi backend

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Avstriyanı düşmənin pilotsuz uçan aparatları ilə mübarizə və minalardan təmizləmə vasitələri, həmçinin yanğınsöndürən və təcili yardım maşınları ilə təmin etməyə çağırır.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Zelenski bunu Kiyevdə Avstriya prezidenti Aleksandr van der Bellenlə keçirdiyi brifinqdə deyib.

"Ukrayna başqa nəsə ala bilərmi (Avstriyadan)? Biz bu barədə cənab prezidentlə danışdıq. Qış hələ bitməyib, enerji dəstəyi, generatorlarla dəstək kimi ləvazimatlarda maraqlıyıq", - o deyib.

Bundan əlavə, Zelenski və Avstriya prezidenti Ukraynaya təcili yardım maşınlarının verilməsini də müzakirə ediblər.

QAZİLER.AZ

Diaspora