Türkiyə Rusiya üçün hava limanlarını bağlayacaq

Türkiyə Rusiya üçün hava limanlarını bağlayacaq backend

Türkiyə öz hava limanlarını Amerika istehsalı olan sanksiyalara məruz qalmış təyyarələrlə uçan Rusiya aviaşirkətləri üçün bağlamağa hazırlaşır.

Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə xəbər “Aviatorshina”nın məlumatında dərc edilib.

Türkiyənin ən böyük uçuş operatoru “Havaş” ABŞ-ın ixrac sanksiyalarına məruz qalan Rusiya aviadaşıyıcılarının təyyarələri ilə işi tamamilə dayandıra biləcəyini qeyd edib. Hazırda cəmi 170 təyyarə risk altındadır.

Nəticədə, "Havaş" Rusiya aviaşirkətlərinə Türkiyəyə uçuşları  ABŞ istehsalı yalnız 25 faizdən az olan təyyarələrlə planlaşdırmağı tövsiyə edib. Çünki bu təyyarələr onun istismarına icazə verilən yeganə təyyarələrdir.

QAZİLER.AZ

Diaspora