Krımda ukraynalı oliqarxların əmlakları əllərindən alınacaq

Krımda ukraynalı oliqarxların əmlakları əllərindən alınacaq backend

Ukraynalı oliqarxlar Rinat Axmetov və İqor Kolomoyskiyə məxsus əmlak Krımda milliləşdiriləcək.

Qaziler.az “news.ru”ya istinadla xəbər verir ki, bu barədə Krım parlamentinin rəhbəri Vladimir Konstantinov “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, Ukraynanın bir sıra bank və fabriklərinin də əmlakı müsadirə olunacaq.

Yaxın gələcəkdə Rinat Axmetov, İqor Kolomoyski və onun qızı, “Envil” MMC-nin sahibi Anjelika Kolomoiskayanın əmlakları əllərindən alınacaq.

Bundan əlavə, aşağıdakı ukraynalı siyasətçilərin əmlakları da milliləşdiriləcək. Bunlar:

SKY PLAZA MMC-nin sahibi Arseniy Yatsenyuk;

Yaltada “Yelena” villasının sahibi Litva vətəndaşı Kolas İqoris;

MMC ESTATE HOLDING GROUP-un sahibi Nestor Şufriç;

Stroydetal ASC-nin sahibi Rafik Dau Bulosdur.

QAZİLER.AZ

Diaspora