Ukraynada məmurların işini yoxlamağa start verildi

Ukraynada məmurların işini yoxlamağa start verildi backend

Bu gün sabiq nazir Avakovun evində axtarış aparılıb

"Prezidentin tapşırığını yerinə yetiririk": Ukrayna DTX-nin rəhbəri Vasili Malyuk kütləvi axtarışları belə izah edib və davam edəcəyinə söz verib. Qaziler.az Ukrayna KİV-lərinə istinad edərək bildirir ki, Təhlükəsizlik Xidmətinin rəisi  qeyd edir ki, fevralın 1-də təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat-istintaq tədbirləri daxili düşmənlərlə mübarizəyə yönəlib.  Malyukun sözlərinə görə, söhbət öz hərəkətləri ilə müxtəlif sahələrdə dövlətin təhlükəsizliyinə xələl gətirən insanların təcrid olunmasından gedir: Ukraynaya xainlər və Rusiya xüsusi xidmət orqanlarının agentləri; mütəşəkkil cinayətkarlığın nümayəndələri; ölkə iqtisadiyyatına və hərbi sənaye kompleksinin stabil fəaliyyətinə xələl gətirən məmurlar və korrupsionerlər bu sıradadır.

Bu gün Ukraynanın sabiq daxili işlər naziri, erməni əsilli Arsen Avakovun evində axtarış aparılıb. İstintaq davam edir.

Qaziler.az

Diaspora